суббота, 9 августа 2014 г.

Nazənin

Ey, aydan, pəridən gözəl nazənin,
Məcnuna dönürəm eşqindən sənin.
Yaraşmaz zülm etmək nazlı mələkə,
Gəl mənə lütf eylə, ey mahi cəbin.
Aaa
Yaraşmaz zülm etmək nazlı mələkə,
Gəl mənə lütf eylə, ey mahi cəbin.

Ey gözəl gecədir, bəs vəslin hanı?
Səni bax gözləyir dərdli Xaqanı.
Gəl sənə söyləyim sirrimi bir bir,
Gəlməsən yandırram bütün dünyanı.
Aaa
Gəl sənə söyləyim sirrimi bir bir,
Gəlməsən yandırram bütün dünyanı.

Xaqani öpdükcə şirin ləbindən,
Hərarət içində qovrulur bədən.
Yəqin ki dodağın, alovludur, yar,
Yoxsa bu hərarət haradan, nədən?


-------------------------
Ты нежнее ветра и ясней луны,
У тебя ресницы словно ночь черны.
Как Меджнун тоскует о своей Лейли,
Так всегда грущу я от тебя вдали.
Ааа
Ты не будь жестокой, мне покой верни.
Разве ты не слышишь песню Хагани?

Песню Хаааагааании...

İfa: Rəşid Behbudov, Yaşar Səfərov
Musiqi: Cahangir Cahangirov
Sözlər: Əfzələddin Xəqani, M. Matusovskiy


Rəşid

Yaşar


Комментариев нет:

Отправить комментарий