воскресенье, 27 сентября 2015 г.

Söz olmasaydı

Dağlarda duman gözəldir,
Qaşların kaman gözəldir.
Dağlarda duman gözəldir,
Qaşların kaman gözəldir.
Hüsnünə heç bir söz olmaz,
Gözlərin yaman gözəldir.
Hüsnünə heç bir söz olmaz, Gözlərin yaman gözəldir.



Ağlımı alıbdır başdan,
Keçmək olmaz bu göz-qaşdan.

Ağlımı alıbdır başdan,
Keçmək olmaz bu göz-qaşdan.
Səni mən yaman sevirəm,
Ürəkdən, candan sevirəm.
Səni mən yaman sevirəm, Ürəkdən, candan sevirəm. Mənə gəl eylə vəfa, yar. Aşiqə etmə cəfa, yar.
Mənə gəl eylə vəfa, yar.
Aşiqə etmə cəfa, yar.
Söyüdlər başın əyəndə, Sənə mən yarım deyəndə,
Söyüdlər başın əyəndə,
Sənə mən yarım deyəndə,
Sanıram dünya mənimdir
Gözümə gözün deyəndə.
Sanıram dünya mənimdir
Gözümə gözün deyəndə.
Ağlımı alıbdır başdan,
Keçmək olmaz bu göz-qaşdan.

Ağlımı alıbdır başdan,
Keçmək olmaz bu göz-qaşdan.
Səni mən yaman sevirəm,
Ürəkdən, candan sevirəm.
Səni mən yaman sevirəm, Ürəkdən, candan sevirəm. Mənə gəl eylə vəfa, yar. Aşiqə etmə cəfa, yar.
Mənə gəl eylə vəfa, yar.
Aşiqə etmə cəfa, yar.
O qara göz olmasaydı,
Əhdimiz düz olmasaydı,
O qara göz olmasaydı,
Əhdimiz düz olmasaydı,
Sənə heç könül verərdim,
Sözümüz söz olmasaydı.
Sənə heç könül verərdim, Sözümüz söz olmasaydı?


Ağlımı alıbdır başdan,
Keçmək olmaz bu göz-qaşdan.

Ağlımı alıbdır başdan,
Keçmək olmaz bu göz-qaşdan.
Səni mən yaman sevirəm,
Ürəkdən, candan sevirəm.
Səni mən yaman sevirəm, Ürəkdən, candan sevirəm. Mənə gəl eylə vəfa, yar. Aşiqə etmə cəfa, yar.
Mənə gəl eylə vəfa, yar.
Aşiqə etmə cəfa, yar.
Sənə heç könül verərdim,
Sözümüz söz olmasaydı?



İfa: Gülağa Məmmədov, Mənsum İbrahimov
Musiqi: İbrahim Topçubaşov
Sözlər: Ənvər Əlibəyli


Gülağa

Mənsum






1 комментарий: