воскресенье, 7 сентября 2014 г.

Bana bana gəl

Yüz qızdan birini sevərim,
Yolunda canımı verərim.
Yüz qızdan birini sevərim,
Yolunda canımı verərim.

Bana-bana gəl, qaçma, gözəl,
Bana-bana gəl, qaçma, gözəl,
Nərdə olsan, atı çaparım, yar,
Səni taparım, yar, gəl, gözəlim,
Gəl gözəlim, gəl, yosma.

Şimşəyim dağlarda çaxarım,
Xanları oduna yaxarım.
Şimşəyim dağlarda çaxarım,
Xanları oduna yaxarım.

Bana-bana gəl, qaçma, gözəl,
Bana-bana gəl, qaçma, gözəl,
Nərdə olsan, atı çaparım, yar,
Səni taparım, yar, gəl, gözəlim,
Gəl gözəlim, gəl, yosma.

Dağlarda məskən sala bilərim,
Qəlbini versən, ala bilərim,
Öl, desən, vallah, ölə bilərim, gəl,
Qaçma məndən, yavrum
Qaçma məndən yosma.

Bana-bana gəl, qaçma, gözəl, 
Bana-bana gəl, qaçma, gözəl, 
Nərdə olsan, atı çaparım, yar, 
Səni taparım, yar, gəl, gözəlim, 
Gəl gözəlim, gəl, yosma. 

Bana-bana gəl, qaçma, gözəl, 
Bana-bana gəl, qaçma, gözəl, 
Nərdə olsan, atı çaparım, yar, 
Səni taparım, yar, gəl, gözəlim, 
Gəl gözəlim, gəl, yosma.


İfa: Anatollu Qəniyev, İlqar Muradov
Musiqi: Cahangir Cahangirov
Sözlər: Zeynal Cabbarzadə

"Koroğlu" k/f-dən Dəli Həsənin mahnısı


Anatollu

İlqar + Skruk

Rast





1 комментарий:

  1. Salam Azər bəy, sizdən bir xahişim var müğənni Vasif Şahbazovun "Yaşanan günlər" mahnısının mətnini də burada paylaşardız zəhmət olmasa.

    ОтветитьУдалить