воскресенье, 14 сентября 2014 г.

Qubanın ağ alması

Qubanın ağ alması, ay aman,
Yeməyə var alması.
Qubanın ağ alması, ay aman,
Yeməyə var alması.
Yarım gələnə qalıb,
Yaramın sağalması.

Sevirəm, səni mən, yar, səni mən, yar, səni mən, yar, yar.
Aman-aman, sevirəm, yar, səni mən, yar, səni mən, yar, yar.

Qubadan alma aldım, ay aman,
Yarıma yola saldım.
Qubadan alma aldım, ay aman,
Yarıma yola saldım.
Ondan cavab gələnə,
Heyva kimi saraldım.

Sevirəm, səni mən, yar, səni mən, yar, səni mən, yar, yar.
Aman-aman, sevirəm, yar, səni mən, yar, səni mən, yar, yar.

Qubanın alması var, yar
Armudu, alması var.
Qubanın alması var,
Armudu, alması var.
Yenə qızlar bəzənər,
Əgər canalması var. 

Sevirəm, səni mən, yar, səni mən, yar, səni mən, yar, yar.
Aman-aman, sevirəm, yar, səni mən, yar, səni mən, ay aman, aman ey.

İfa: Fatma Mehrəliyeva
Azərbaycan xalq mahnısı

Fatma

Səxavət

Könül


Комментариев нет:

Отправить комментарий