воскресенье, 30 марта 2014 г.

Sənə də qalmaz

Könlüm sənin əsirin, qəlbim sənindir, yar...
Qəlbim sənindir.
İnsaf elə xoş sözlə, məni gəl dindir yar...
Məni gəl dindir.

Söylə nədir bu ədalar, bu işvə bu naz?
Vallah ay qız, bu gözəllik sənə də qalmaz..
Yalqızam yalqız, yalqızam yalqız
Gəl məni möhnətə, oda, salan vəfasız

Söylə nədir bu ədalar, bu işvə bu naz?
Gedər bir gün, bu gözəllik sənə də qalmaz...

Dağlar başı dumandır, aman Allah yar
Yenə dumandır.
Ayrılıqın ölümdən, mənə yamandır yar
Mənə yamandır.

Söylə nədir bu ədalar, bu işvə bu naz?
Vallah ay qız, bu gözəllik sənə də qalmaz...
Yalqızam yalqız, yalqızam yalqız
Gəl məni möhnətə, oda, salan vəfasız

Söylə nədir bu ədalar, bu işvə bu naz?
Gedər bir gün, bu gözəllik sənə də qalmaz...

-----------------------------------------------------------------------

Мое сердце, милый друг,
У тебя в плену,
У тебя в плену.
Почему не хочешь ты
На меня взглянуть,
На меня взглянуть.

Ты красива, но беспечна
И не забывай -
Красота, мой друг, не вечна,
Ею не играй!
Голос мой зовет,
Голос мой зовет.
Одинок я, мое сердце
Встречи с тобой ждет.


İfa: Rəşid Behbudov, Müslim Maqomayev
Musiqi: Tofiq Quliyev
Sözləri: Rəsul Rza

Rəşid

Müslüm




Комментариев нет:

Отправить комментарий