воскресенье, 30 марта 2014 г.

Kimsən sən

Dənizdən, səmadan, küləkdən soruşdum...

Dənizdən, səmadan, küləkdən,
Gözlərdən, dillərdən, ürəkdən,
Arzudan, ümiddən, diləkdən
Soruşdum, hamıdan, soruşdum:
- Kimsən sən? Kimsən sən?
Soruşdum: - Kimsən sən?

Qayanın quşqonmaz yerindən,
Dünyanın açılmaz sirrindən,
Küçədən ötənin birindən
Soruşdum, bu axşam, soruşdum:
- Kimsən sən? Kimsən sən?
Soruşdim: - Kimsən sən?

Yerini tapmışam izindən,
Qəlbini görmüşəm gözündən,
Adını öyrəndim özündən,
Bəs niyə soruşdum hamıdan?!
- Kimsən sən? Kimsən sən?
Soruşdum: - Kimsən sən?

Dənizdən, səmadan soruşdum:
Kimsən sən?...


İfa: Oqtay Ağayev
Musiqi: Tofiq Quliyev
Sözlər: Vaqif Səmədoğlu 


"O qızı tapın" k/f-dən
1970

Oqtay

Gülüstan


Комментариев нет:

Отправить комментарий