воскресенье, 30 марта 2014 г.

Sən ey uşaqlıq

Nəğmə susdu dodağlarda
Dilə gəldi tüfənglər,
Mənim atam uzaqlarda
Cəbhələrdə bir əsgər
Cəbhələrdə bir əsgər


Anamızın laylaları
Mərmilərlə pozuldu,
Arzuladıq ilk baharı
İstəyimiz yaz oldu
İstəyimiz yaz oldu


Sən ey uşaqlıq,
Sən bizdən uzaq düşdün artıq.
De səni yellər apardı, ya soyuq əllər apardı?
Sən ey uşaqlıq,
Sən bizdən uzaq düşdün artıq.
De səni yellər apardı, ya soyuq əllər apardı?


Anamızın laylaları
Mərmilərlə pozuldu,
Arzuladıq ilk baharı
İstəyimiz yaz oldu
İstəyimiz yaz oldu


Görmədik biz gül dəstəsi,
Görmədik biz oyuncaq.
Ata səsi, ana səsi
Eşitmədik doyunca
Eşitmədik doyunca


Öz qoynuna aldı bizi
Bu buruqlar şəhəri,
Yarı böldük tikəmizi
Gözlədik al səhəri
Gözlədik al səhəri


Sən ey uşaqlıq,
Sən bizdən uzaq düşdün artıq.
De səni yellər apardı, ya soyuq əllər apardı?
Sən ey uşaqlıq,
Sən bizdən uzaq düşdün artıq.
De səni yellər apardı, ya soyuq əllər apardı?

Öz qoynuna aldı bizi
Bu buruqlar şəhəri,
Yarı böldük tikəmizi
Gözlədik al səhəri
Gözlədik al səhəri


İfa: Oqtay Ağayev
Musiqi: Vasif Adıgözəlov

"Şərikli çörək" k/f-dən
1969

https://www.youtube.com/watch?v=FHus7QMxzsU

Комментариев нет:

Отправить комментарий