воскресенье, 11 мая 2014 г.

Həyat, sən nə qəribəsən

Nə yaxın qonşu olduq bu dünyada,
Ayrı-ayrı doğulduq bu dünyada,
Axır gəlib bir olduq bu dünyada,
Ey həyat, sən nə qəribəsən?

Sən ay kimi baxdın mənə,
Sən gün kimi baxdın mənə,
Gözlərinin qarasıyla
Güldü ömrün baxtı mənə…

Aylar keçir, illər keçir,axın olur,
Yadlar gəlir doğma olur, yaxın olur.
Məhəbbətlə ötən ömür nağıl olur,
Ey həyat, sən nə qəribəsən?
Ey həyat, sən nə qəribəsən?

Bu ilqarı yaşatdıq canımızda,
Gənclik eşqi qaynadı qanımızda,
Qohum oldu atamız anamızda,
Ey həyat, sən nə qəribəsən?

Sən ay kimi baxdın mənə,
Sən gün kimi baxdın mənə,
Gözlərinin qarasıyla
Güldü ömrün baxtı mənə…

Sən ay kimi baxdın mənə,
Sən gün kimi baxdın mənə,
Gözlərinin qarasıyla
Güldü ömrün baxtı mənə…

Aylar keçir, illər keçir,axın olur,
Yadlar gəlir doğma olur, yaxın olur.
Məhəbbətlə ötən ömür nağıl olur,
Ey həyat, sən nə qəribəsən?
Ey həyat, sən nə qəribəsən?

La-la-la..
Ey həyat, sən nə qəribəsən?
Ey həyat, sən nə qəribəsən?
La-la-la..
Ey həyat, sən nə qəribəsən?
Ey həyat, sən nə qəribəsən?


İfa: "Qaya" VA
Musiqi: Oqtay Kazımi
Sözlər: Cabir Novruz



Комментариев нет:

Отправить комментарий