понедельник, 26 мая 2014 г.

Sevgilim (R. Hacıyev)

Göy sular qəlbimin aynasıdır, ay qız,
Arzular - ömrümün solmayan yaraşığı.
Dünyalar gözələ dönsə belə, yalnız,
Bil, sənin, ey gözəl, olmuşam men aşıqın

Sevgilim, sevgilim, 
Göz görüb, könül sevib səni, inan.
Sevgilim, sevgilim, 
Göz görüb, könül sevib səni, inan.

Sal yada, ilk görüş bir an oldu, ey yar.
Gözlədim yolunu, həsrət ilə, mən sənin.
Hüsnünə vuruldum, heyran oldum, ey yar,
Söylədim hər zaman sevdiyim bu nəğməni.

Sevgilim, sevgilim, 
Göz görüb, könül sevib səni, inan.
Sevgilim, sevgilim, 
Göz görüb, könül sevib səni, inan.

---------------------------------------------------------

Sən mənə bir dəstə gül verdin, ay qız,
Qalmadı nə qüssəm, nə də ki dərdim,
O gülün əvəzində mən sənə, ay qız,
Eşqimin şahidi könlümü verdim.

Sevgilim, sevgilim,
Könlümün səsinə cavab ver mənim.
Sevgilim, sevgilim,
Könlümün səsinə cavab ver mənim.

Bu gün sahilə çıxaq yenə gəzməyə,
Saçını darasın qoy sərin külək.
O gülü neylərəm, könlünü ver mənə,
Qoy yenə çırpınsın sinəmdə ürək.

Sevgilim, sevgilim,
Könlümün səsinə cavab ver mənim.
Sevgilim, sevgilim,
Qəbimin səsinə cavab ver mənim.

------------------------------------------------------------

Милая, ты помнишь нам звезда светила.
Ветер песню пел, над простором голубым.
Милая, как хорошо в тот вечер было нам.
Помнишь, я сказал еле слышно - "севгилим"?

Севгилим, севгилим -
Так у нас в Баку любимую зовут.
Севгилим, севгилим -
Так в тиши ночной влюблённые поют.

Милая, пойдём сегодня к морю снова,
Звезды, с высоты улыбнутся нам двоим.
Нет, мой друг, не найти другого слова мне,
Верь мне, ты одна, моя радость севгилим.

Севгилим, севгилим -
Так у нас в Баку любимую зовут.
Севгилим, севгилим -
Так в тиши ночной влюблённые поют.

İfa: Rəşid Behbudov, Mobil Əhmədov
Musiqi: Rauf Hacıyev
Sözlər: Ənvər Əlibəyli









1 комментарий:

  1. Çox sağ olun! Mən elə bu mətni axtarırdım... Çox gözəl mahnıdır. Ən sevdiyim Azərbaycanlı bəstəkar Tofiq Quliyev, amma Rauf Hacıyevin bəzi mahnıları da əladır, məncə. Bu onlardan biridir. Sizə ürəkdən minnətdaram!

    ОтветитьУдалить