воскресенье, 11 мая 2014 г.

Şeir deyilmi

Məndən təzə şeir xəbər alan dost,
Bəs yazın gəlməsi şeir deyilmi?!
Məndən təzə şeir xəbər alan dost,
Bəs yazın gəlməsi şeir deyilmi?!
Çıxanda gəzməyə– çölün, çəmənin
Üzünə gülməsi şeir deyilmi, a gülüm, şeir deyilmi?!
Çıxanda gəzməyə– çölün, çəmənin
Üzünə gülməsi şeir deyilmi, a gülüm, şeir deyilmi?!

Yenə gözüm qalıb bağçada, bağda,
Min-min gül açılır aranda, dağda.
Eyvana əyilən çarpaz budaqda
Bülbülün nəğməsi şeir deyilmi, a gülüm, şeir deyilmi?!
Eyvana əyilən çarpaz budaqda
Bülbülün nəğməsi şeir deyilmi, a gülüm, şeir deyilmi?!

Seyr elə hüsnünü göydə durnanın.
Qayada kəkliyin, göldə sonanın.
Aynabənd otaqda gəlin anamın
Şirin laylay səsi şer deyilmi?!

Dərədə moruq dər, döşdə çiyələk.
Gah yağış xoş gəlir, gah sərin külək.
Dərədə moruq dər, döşdə çiyələk.
Gah yağış xoş gəlir, gah sərin külək.
Yaş ötür, doymayır dünyadan ürək,
Yaşamaq həvəsi şeir deyilmi, a gülüm, şeir deyilmi?!
Yaş ötür, doymayır dünyadan ürək,
Yaşamaq həvəsi şeir deyilmi, a gülüm, şeir deyilmi?!

Kim deyir şeirin meydanı dardır?
Sonu görünməyən o bir bahardır.
Neçə ki, həyat var şeir də vardır,
Həyatın nəfəsi şeir deyilmi, a gülüm, şeir deyilmi?!
Neçə ki, həyat var şeir də vardır,
Həyatın nəfəsi şeir deyilmi?!
-----------------------------------
Bugün bu məclisə gələn gonaqlar, 
Yığışan qohumlar şeir deyilmi, a gülüm, şeir deyilmi?!
Məclisin başında əyləşib anam
Ananın olmasi şeir deyilmi, a gülüm, şeir deyilmi?!


İfa: Gülаğа Мəммədоv
Musiqi : Səid Rüstəmov
Sözlər: Hüseyn Arif



Комментариев нет:

Отправить комментарий