суббота, 23 мая 2015 г.

Əlvida

Görüşdük nə çətin, ayrıldıq, ayrıldıq nə asan,
Hardasan, həyatım, varmısan, varmısan, yoxmusan?
Mən səni izlədim, günah tək gizlədim, gizlədim.
Hər səhər, hər axşam, hər gündüz, hər gecə gözlədim.

Əlvida o günlər, ulduzlu gecələr, əlvida,
Ömrümdən nə qaldı, nə qaldı vəfasız dünyada?
Əlvida o günlər, ulduzlu gecələr, əlvida,
Ömrümdən nə qaldı, nə qaldı vəfasız dünyada?

Görüşdük nə çətin, ayrıldıq, ayrıldıq nə asan,
Hardasan, həyatım, varmısan, varmısan, yoxmusan?
Mən səni izlədim, günah tək gizlədim, gizlədim.
Hər səhər, hər axşam, hər gündüz, hər gecə gözlədim.

Əlvida o günlər, ulduzlu gecələr, əlvida,
Ömrümdən nə qaldı, nə qaldı, nə qaldı vəfasız dünyada?


İfa: Rafiq Babayev
Musiqi: Emin Sabitoğlu
Sözlər: Anar

Rafiq

Sevda



воскресенье, 3 мая 2015 г.

Mənə dəniz verin

Mənə dəniz verin, tənha qalmışam,
O, mənə ən şirin sözlər deyəcək.
Mənə dəniz verin, bəlkə bu axşam,
Gur sular qapımı gəlib döyəcək.
Səhər açılanda, gecə düşəndə,
Mənə dəniz verin, qoy darıxmayım.
Gözümün yaşında islanım bir az,
Kədərli baxışla ona baxmayım.

Mənə dəniz verin, o, tənha qalıb,
O, məni axtarır, məni gözləyir,
Gedirəm dənizə, dəniz mənimdir,
O dəniz gözlərim səni gözləyir.
Mənə dəniz verin, o, tənha qalıb,
O, məni axtarır, məni gözləyir,
Gedirəm dənizə, dəniz mənimdir,
O dəniz gözlərim səni gözləyir.

Mənə dəniz verin, isinim bir az,
Onun gözlərinə qarışam bəlkə,
Tapım sularında göz yaşlarımı,
Orda taleyimlə barışam bəlkə.
Səhər açılanda, gecə düşəndə,
Mənə dəniz verin, qoy darıxmayım.
Gözümün yaşında islanım bir az,
Kədərli baxışla ona baxmayım.

Mənə dəniz verin, o, tənha qalıb,
O, məni axtarır, məni gözləyir,
Gedirəm dənizə, dəniz mənimdir,
O dəniz gözlərim səni gözləyir.
Mənə dəniz verin, o, tənha qalıb,
O, məni axtarır, məni gözləyir,
Gedirəm dənizə, dəniz mənimdir,
O dəniz gözlərim səni gözləyir.


İfa: Eyyub Yaqubov
Musiqi: Nadir Əzimov
Sözlər: Sabir Abdinov

Eyyub


Bu gecə

Fikrimdə aylı, ulduzlu
Asiman var bu gecə.
Könlümdə körpə quzu tək
Bir ümman var bu gecə.

Bircə sən yoxsan, əzizim,
Bilir aləm bu gecə!
Neyçin olmadın, de, ey yar,
Mənə həmdəm bu gecə?
Bircə sən yoxsan, əzizim,
Bilir aləm bu gecə!
Neyçin olmadın, de, ey yar,
Mənə həmdəm bu gecə?

Həmdəmim sıldırım dağlar,
Buludlardır bu gecə.
Qonağım qırmızı güllər,
Göy otlardır bu gecə.

Bircə sən yoxsan, əzizim,
Bilir aləm bu gecə!
Neyçin olmadın, de, ey yar,
Mənə həmdəm bu gecə?
Bircə sən yoxsan, əzizim,
Bilir aləm bu gecə!
Neyçin olmadın, de, ey yar,
Mənə həmdəm bu gecə?

Şimşəyə çaxma desəm mən,
İnan, çaxmaz bu gecə!
Araza axma desəm mən,
Bil ki, axmaz bu gecə!

Bircə sən yoxsan, əzizim,
Bilir aləm bu gecə!
Neyçin olmadın, de, ey yar,
Mənə həmdəm bu gecə?
Bircə sən yoxsan, əzizim,
Bilir aləm bu gecə!
Neyçin olmadın, de, ey yar,
Mənə həmdəm bu gecə?


İfa: Hüseyağa Hadıyev, Akif İslamzadə
Musiqi: Emin Sabitoğlu
Sözlər: Zeynal Xəlil

Hüsenağa

Akif