воскресенье, 27 сентября 2015 г.

Kimlər gəldi, kimlər getdi

Kimlər gəldi, kimlər getdi
Bu dünyadan, bu dünyadan...
Kimlər gəldi, kimlər getdi
Bu dünyadan, bu dünyadan...
Arif olan nakam olmaz
Bu dünyada, bu dünyada.
Arif olan nakam olmaz
Bu dünyada, bu dünyada

Hər dövranda bir gərdiş var,
Min rəng çalır bu rüzigar.
Hər dövranda bir gərdiş var,
Min rəng çalır bu rüzigar.
Hünər göstər, bir şey apar
Bu dünyadan, bu dünyadan.
Hünər göstər, bir şey apar
Bu dünyadan, bu dünyadan.

Zeynal gəzər el-obanı,
Gözəllərdir dini-imanı.
Zeynal gəzər el-obanı,
Gözəllərdir dini-imanı.
Bir gün çəkər öz kərvanın
Bu dünyadan, bu dünyadan.
Bir gün çəkər öz kərvanın
Bu dünyadan, bu dünyadan.


İfa: Mirzə Babayev
Musiqi: Soltan Hacıbəyov
Sözlər: Zeynal Xəlil






Söz olmasaydı

Dağlarda duman gözəldir,
Qaşların kaman gözəldir.
Dağlarda duman gözəldir,
Qaşların kaman gözəldir.
Hüsnünə heç bir söz olmaz,
Gözlərin yaman gözəldir.
Hüsnünə heç bir söz olmaz, Gözlərin yaman gözəldir.



Ağlımı alıbdır başdan,
Keçmək olmaz bu göz-qaşdan.

Ağlımı alıbdır başdan,
Keçmək olmaz bu göz-qaşdan.
Səni mən yaman sevirəm,
Ürəkdən, candan sevirəm.
Səni mən yaman sevirəm, Ürəkdən, candan sevirəm. Mənə gəl eylə vəfa, yar. Aşiqə etmə cəfa, yar.
Mənə gəl eylə vəfa, yar.
Aşiqə etmə cəfa, yar.
Söyüdlər başın əyəndə, Sənə mən yarım deyəndə,
Söyüdlər başın əyəndə,
Sənə mən yarım deyəndə,
Sanıram dünya mənimdir
Gözümə gözün deyəndə.
Sanıram dünya mənimdir
Gözümə gözün deyəndə.
Ağlımı alıbdır başdan,
Keçmək olmaz bu göz-qaşdan.

Ağlımı alıbdır başdan,
Keçmək olmaz bu göz-qaşdan.
Səni mən yaman sevirəm,
Ürəkdən, candan sevirəm.
Səni mən yaman sevirəm, Ürəkdən, candan sevirəm. Mənə gəl eylə vəfa, yar. Aşiqə etmə cəfa, yar.
Mənə gəl eylə vəfa, yar.
Aşiqə etmə cəfa, yar.
O qara göz olmasaydı,
Əhdimiz düz olmasaydı,
O qara göz olmasaydı,
Əhdimiz düz olmasaydı,
Sənə heç könül verərdim,
Sözümüz söz olmasaydı.
Sənə heç könül verərdim, Sözümüz söz olmasaydı?


Ağlımı alıbdır başdan,
Keçmək olmaz bu göz-qaşdan.

Ağlımı alıbdır başdan,
Keçmək olmaz bu göz-qaşdan.
Səni mən yaman sevirəm,
Ürəkdən, candan sevirəm.
Səni mən yaman sevirəm, Ürəkdən, candan sevirəm. Mənə gəl eylə vəfa, yar. Aşiqə etmə cəfa, yar.
Mənə gəl eylə vəfa, yar.
Aşiqə etmə cəfa, yar.
Sənə heç könül verərdim,
Sözümüz söz olmasaydı?



İfa: Gülağa Məmmədov, Mənsum İbrahimov
Musiqi: İbrahim Topçubaşov
Sözlər: Ənvər Əlibəyli


Gülağa

Mənsum






Hardasan

Dolandı aylar,
Gəlmədin, ey yar.

Hardasan, yar, de harda?
Gözüm qaldı yollarda.
Hardasan, yar, de harda?
Gözüm qaldı yollarda.

Dolandı aylar,
Gəlmədin, ey yar.

Hardasan, yar, de harda?
Gözüm qaldı yollarda.
Hardasan, yar, de harda?
Gözüm qaldı yollarda.

Gəl, gəl, gəl gözəl yar.
Gəl, gəl, gəldi bahar. 


Hardasan, yar, de harda?
Gözüm qaldı yollarda.

Ürəyim yanar,
Tək səni anar.

Hardasan, yar, de harda?
Gözüm qaldı yollarda.

Gəl, gəl, gəl gözəl yar. 

Gəl, gəl, gəldi bahar.

Hardasan, yar, de harda?
Gözüm qaldı yollarda.
Hardasan, yar, de harda?
Gözüm qaldı yollarda...
Yollarda...
Yollarda.

Gəl, gəl, gəl gözəl yar. 


İfa: Akif İslamzadə
Musiqi: Səid Rüstəmov
Sözlər: Tələt Əyyubov


Akif

Mavilə




вторник, 8 сентября 2015 г.

İntizar

Canıma qəsd eləyən gözünə qurban,
Canıma qəsd eləyən gözünə qurban,
Məni sərməst eləyən sözünə qurban,
Sözünə qurban.

Söhbətim, sazım, baharım, yazım.

Söhbətim, sazım, baharım, yazım,
Ürəyimdə qalmasın istəyim, arzum,
İstəyim, arzum.

Gecələr min xəyala dalıram sənsiz,
Gecələr min xəyala dalıram sənsiz,
Ətrini yastığından alıram sənsiz,
Alıram sənsiz.

Ya məni öldür, ya budur dindir.

Ya məni öldür, ya budur dindir,
Səndən ayrı yaşamaq mənə çətindir,
Mənə çətindir.

Canıma qəsd eləyən gözünə qurban,
Canıma qəsd eləyən gözünə qurban,
Məni sərməst eləyən sözünə qurban,
Sözünə qurban.

Söhbətim, sazım, baharım, yazım.

Söhbətim, sazım, baharım, yazım,
Ürəyimdə qalmasın istəyim, arzum,
İstəyim, arzum.
İstəyim, arzum.
İstəyim, arzum.



Musiqi: Səid Rüstəmov
Sözlər: Zeynal Cabbarzadə
İfa: Rubabə Muradova


Rübabə

Səkinə