четверг, 3 декабря 2015 г.

Şükriyyə

Bir gülsən dərmişəm gənclik bağından,
Bir gülü-çiçhəyi dərmərəm sənsiz.
Kamaldır ömrümün oğlan çağında,
Bir bağa-bağçaya girmərəm sənsiz.
Bir gülsən dərmişəm gənclik bağından,
Bir gülü-çiçhəyi dərmərəm sənsiz.
Kamaldır ömrümün oğlan çağında,
Bir bağa-bağçaya girmərəm sənsiz.

Şükriyyə taleyim, şükür xudaya!
Gördüyüm doğrumu, yoxsa bir röya!?
Dolub ürəyimə bu dadlı xülya,
Yaşaya bilmərəm bir kərəm, sənsiz!
Şükriyyə taleyim, şükür xudaya!
Gördüyüm doğrumu, yoxsa bir röya!?
Dolub ürəyimə bu dadlı xülya,
Yaşaya bilmərəm bir kərəm, sənsiz!

Səninlə gəzərəm eldən-elə mən,
Bataram, çıxaram seldən-selə mən,
Düşərəm ağıza, dildən-dilə mən,
Yaşaya bilmərəm, bir kərəm sənsiz!
Səninlə gəzərəm eldən-elə mən,
Bataram, çıxaram seldən-selə mən,
Düşərəm ağıza, dildən-dilə mən,
Yaşaya bilmərəm, bir kərəm sənsiz!

Şükriyyə taleyim, şükür xudaya!
Gördüyüm doğrumu, yoxsa bir röya!?
Dolub ürəyimə bu dadlı xülya,
Yaşaya bilmərəm bir kərəm, sənsiz!
Şükriyyə taleyim, şükür xudaya!
Gördüyüm doğrumu, yoxsa bir röya!?
Dolub ürəyimə bu dadlı xülya,
Yaşaya bilmərəm bir kərəm, sənsiz!


İfa: Azər Zeynalov
Musiqi: Emin Sabitoğlu
Sözlər: Əhməd Cavad







Əhməd Cavadın xanımı Şükriyyə xanımı həbs edirlər. Ona «Əriniz onsuz da güllələnəcək. Ondan boşanmaq üçün ərizə versəniz, balalarınıza qovuşa bilərsiniz», - deyildikdə, “Mən Acarıstanın ən nüfuzlu adamı olan atam Süleyman bəyi atıb Cavadı tutdum. İndi Cavadımı atacağam? Siz də ərizəni Cavada göstərib ona daha bir əzab verərək öldürməkmi istəyirsiniz?..”, cavabını şillə kimi müstəntiqin üzünə çırpır. Və elə bu sözlərə görə də ömrünün bir neçə ilini uzaq Qazaxıstanın həbs düşərgələrində keçirməli olur.