воскресенье, 7 сентября 2014 г.

Coş dənizim

Əs küləyim, coş dənizim,
Qanad açır gəmimiz, gəmimiz, gəmimiz.
Dalğa bizim, tufan bizim,
Anamızdır bu dəniz, bu dəniz, bu dəniz.

Qızdan bizə göy dəniz əzizdir,
Göy dəniz əzizdir.
Sevgilimiz dənizdir, dənizdir, dənizdir.

Eşqimizi yelkən kimi
Biz açırıq, Xəzərim, Xəzərim, Xəzərim.
Neft dalınca üfüqləri
Biz aşırıq gözəlim, gözəlim, gözəlim.

Qızdan bizə göy dəniz əzizdir,
Göy dəniz əzizdir.
Sevgilimiz dənizdir, dənizdir, dənizdir.

Qızdan bizə göy dəniz əzizdir,
Göy dəniz əzizdir.
Sevgilimiz dənizdir, dənizdir, dənizdir


Ifa: "Qaya" VİA
Musiqi: Tofiq Quliyev
Sözlər: Nəbi Xəzri

"Möcüzələr adası" k/f-dən
1963

Qaya



Комментариев нет:

Отправить комментарий