воскресенье, 27 сентября 2015 г.

Kimlər gəldi, kimlər getdi

Kimlər gəldi, kimlər getdi
Bu dünyadan, bu dünyadan...
Kimlər gəldi, kimlər getdi
Bu dünyadan, bu dünyadan...
Arif olan nakam olmaz
Bu dünyada, bu dünyada.
Arif olan nakam olmaz
Bu dünyada, bu dünyada

Hər dövranda bir gərdiş var,
Min rəng çalır bu rüzigar.
Hər dövranda bir gərdiş var,
Min rəng çalır bu rüzigar.
Hünər göstər, bir şey apar
Bu dünyadan, bu dünyadan.
Hünər göstər, bir şey apar
Bu dünyadan, bu dünyadan.

Zeynal gəzər el-obanı,
Gözəllərdir dini-imanı.
Zeynal gəzər el-obanı,
Gözəllərdir dini-imanı.
Bir gün çəkər öz kərvanın
Bu dünyadan, bu dünyadan.
Bir gün çəkər öz kərvanın
Bu dünyadan, bu dünyadan.


İfa: Mirzə Babayev
Musiqi: Soltan Hacıbəyov
Sözlər: Zeynal Xəlil






Комментариев нет:

Отправить комментарий