воскресенье, 10 января 2021 г.

Vətən yaxşıdır

Dumanlı dağların başında durdum,

Dumandan özümə bir xeymə qurdum.

Dumanlı dağların başında durdum,

Dumandan özümə bir xeymə qurdum.

Keçdi xəyalımdan öz gözəl yurdum,

Dumanlar başında duman göründü, duman göründü.

Keçdi xəyalımdan öz gözəl yurdum,

Dumanlar başında duman göründü, duman göründü.


Xəzər dənizi tək eşqimlə coşdum,

Xülyalar içində sanki bihuşdum,

Xəzər dənizi tək eşqimlə coşdum,

Xülyalar içində sanki bihuşdum,

Vətən arzusu ilə nəğmələr qoşdum,

Tufanlar qarşımda dastana döndü, dastana döndü.

Vətən arzusu ilə nəğmələr qoşdum,

Tufanlar qarşımda dastana döndü, dastana döndü.


Könüllər cəlb edən bu xoş mənzərə,

Şövqümü artırdı şeirə qəzələ.

Könüllər cəlb edən bu xoş mənzərə,

Şövqümü artırdı şeirə qəzələ.

Çatdıqca vətənim, elim nəzərə,

Təbiət də mənə heyran göründü, heyran göründü.

Çatdıqca vətənim, elim nəzərə,

Təbiət də mənə heyran göründü, heyran göründü.


Deyirlər bülbülə çəmən yaxşıdır,

İnsan üçün laləzar vətən yaxşıdır.

Deyirlər bülbülə çəmən yaxşıdır,

İnsan üçün laləzar vətən yaxşıdır.

Vahid sorma vətən nədən yaxşıdır,

Adı gəlcək könlüm xəndan göründü, xəndan göründü.

Vahid sorma vətən nədən yaxşıdır,

Adı gəlcək könlüm xəndan göründü, xəndan göründü.



İfa: Əlibaba Məmmədov, Xudayar Yusifzadə

Musiqi: Əlibaba Məmmədov

Sözlər: Əliağa Vahid



Əlibaba

Abbas + Xudayar

Eyyub + Xudayar

Комментариев нет:

Отправить комментарий