вторник, 26 мая 2020 г.

Qayalar

Qayalar, qayalar,
Qara-boz qayalar,
Sarsılmaz qayalar
Sahildə dayanar.
Sarsılmaz qayalar
Sahildə dayanar.

Küləklər talayar,
Dalğalar yalayar.
Küləklər talayar,
Dalğalar yalayar.
Qış olar, yay olar
Qara-boz qayalar,
Sahildə dayanar.

Yuxudan ayılar,
Lal-dinməz sayılar,
Şöhrətin yayılar
Aləmə qayalar.
Şöhrətin yayılar
Aləmə qayalar.

Küləklər talayar,
Dalğalar yalayar.
Küləklər talayar,
Dalğalar yalayar.
Qış olar, yay olar
Qara-boz qayalar,
Sahildə dayanar.

Küləklər talayar,
Dalğalar yalayar.
Küləklər talayar,
Dalğalar yalayar.
Qış olar, yay olar
Qara-boz qayalar,
Sahildə dayanar.
Sahildə dayanar...



İfa: Oqtay Ağayev
Musiqi: Xəyyam Mirzəzadə
Sözlər: Anar
1968


Комментариев нет:

Отправить комментарий