четверг, 6 февраля 2020 г.

Payızım

Sən gəldin payızım, 

O sarı yarpaqlar düşür, üşüyür.

Gecələr kainat düşünür 

Səhəri nə rəngə boyasın...

Sən gəldin payızım, 

Qəlbimdə külək əsir,

Qəlbimdən yarpaq düşür.


Baharım olub mənim, 

Bir gözəl səhər çağı.

Qəlbimdə eşqin dağı.

Çöllərdən güllər üzə-üzə,

Yollara çələng düzə-düzə,

Yenə də gələcək baharım.


Bax düşür yarpaqlar

Ömrünün gülləri kimi tökülür,

Saralıb budağda ölür,

Günəşin üzü dönür.

Sən gəldin payızım, 

Qəlbimdə külək əsir,

Qəlbimdən yarpaq düşür.


Baharım olub mənim, 

Bir gözəl səhər çağı.

Qəlbimdə eşqin dağı.

Çöllərdən güllər üzə-üzə,

Yollara çələng düzə-düzə,

Yenə də gələcək baharım.


Baharım olub mənim, 

Bir gözəl səhər çağı.

Qəlbimdə eşqin dağı.

Çöllərdən güllər üzə-üzə,

Yollara çələng düzə-düzə,

Yenə də gələcək baharım.


Yenə də gələcək baharım.

Yenə də gələcək baharım, baharım...



"1001-ci qastrol" filmindən (1974)

İfa: Rəşid Behbudov

Musiqi: Asya Sultanova

Sözlər: Fikrət Qoca



https://youtu.be/gx57vVoPVHs

Комментариев нет:

Отправить комментарий