воскресенье, 9 февраля 2020 г.

İnanmaram

Gözlərəm səni,
Gəl, üzmə məni,
Gəl, ay yarım,
Gözüm qalıb yollarında.

Güllər açıldı,
Bülbüllər ötdü,
Harda qaldın?
Gözəl yarım qaldı harda?

Deyirlər, məndən
Üz döndərmisən.
Mən bu sözlərə
İnanmaram, inanmaram.

Özgə birinə
Könül vermisən.
Mən bu sözlərə
İnanmaram, inanmaram.


O gözlərdən, o gözlərdən
Küsərəm mi, küsərəm mi?
Ayrılığa, ayrılığa
Dözərəm mi, dözərəm mi?

Yarın həsrətinə dözərəm hər an,
Durub yollarında gözlərəm hər an.
Yarın həsrətinə dözərəm hər an,
Durub yollarında gözlərəm hər an.



Laləli düzdə,
Cığırda, izdə
Qoşa gəzib
Yığırdıq biz bənövşələr.

Bu sevgimizin
Şahidi olub
Buz bulaqlar, göy çəmənlər,
O gülşənlər.

Deyirlər, məni
Sən unutmusan,
Mən bu sözlərə
İnanmaram, inanmaram.

Əhdimizə sən
Dönük çıxmısan,
Mən bu sözlərə
İnanmaram, inanmaram.


O gözlərdən, o gözlərdən
Küsərəm mi, küsərəm mi?
Ayrılığa, ayrılığa
Dözərəm mi, dözərəm mi?

Yarın həsrətinə dözərəm hər an,
Durub yollarında gözlərəm hər an.
Yarın həsrətinə dözərəm hər an,
Durub yollarında gözlərəm hər an.


Deyirlər, məndən
Üz döndərmisən.
Mən bu sözlərə
İnanmaram, inanmaram.

Özgə birinə
könül vermisən.
Mən bu sözlərə
İnanmaram, inanmaram.


O gözlərdən, o gözlərdən
Küsərəm mi, küsərəm mi?
Ayrılığa, ayrılığa
Dözərəm mi, dözərəm mi?

Yarın həsrətinə dözərəm hər an,
Durub yollarında gözlərəm hər an.
Yarın həsrətinə dözərəm hər an,
Durub yollarında gözlərəm hər an.




İfa: Şövkət Ələkbərova
Musiqi: Oqtay Kazımi
Sözlər: Ramiz Heydər


https://youtu.be/mXgpnJHONXs

Комментариев нет:

Отправить комментарий