вторник, 22 апреля 2014 г.

Arzular

Hər yanda al-əlvan çiçək açılır,
Baxdıqca üz gülür, ürək açılır.
Bəs neyçin yerində tutmayır qərar?
Arzular, arzular, şirin-şirin arzular.
Arzular, arzular, şirin-şirin arzular.

Həyatım, gəncliyim bəxtəvər, azad.
Məhəbbət insana verir qol-qanad.
Çataram mən sizə bir gün vaxt olar.
Arzular, arzular, şirin-şirin arzular.
Arzular, arzular, şirin-şirin arzular.

Deyirlər hər kəsin öz sevgisi var,
Qoşa yaranmışdır əzəldən onlar.
Ömrüm-günüm keçir, hardadır o yar, a balam,
Onu bircə dəfə görə biləydim.
Ona yürəyimi verə biləydim,
Verə biləydim, biləydim, biləydim.

Yanına göylərdən süzüb gedərdim,
Dərin dəryaları üzüb gedərdim.
Hər bir zəhmətinə dözüb gedərdim, a balam,
Onu bircə dəfə görə biləydim.
Ona yürəyimi verə biləydim,
Verə biləydim, biləydim, biləydim.



İfa: Şəfiqə Mustafayeva və Lütfiyar İmanov
Musiqi: Тоfiq Quliуеv
Sözlər: Zeynal Cabbarzadə

«Görüş» k/f-dən
1955


Şövkət Ələkbərova

"Görüş"


Комментариев нет:

Отправить комментарий