четверг, 17 апреля 2014 г.

Rusiya



Ömrüm, günüm bağlı sənə.
Şanlı, şöhrətli Rusiya.
Əzəl gündən anasan mənə.
Böyük, qüdrətli Rusiya.
Əzəl gündən oğulam sənə
Böyük, qüdrətli Rusiya.
Müqəddəs daşın var, torpağın var
Bizə candan da əzizdir.
Al rəngli, müzəffər bayrağın var
Günəş qədər o təmizdir.
Mən sənin uğrunda vuruşlardan,
Oddan, alovdan keçərəm.
Dağ kimi möhkəməm etibarda
Yolunda candan keçərəm
Ömrüm, günüm bağlı sənə
Şanlı, şöhrətli Rusiya
Əzəl gündən anasan mənə
Böyük, qüdrətli Rusiya.
Əzəl gündən oğulam sənə
Böyük, qüdrətli Rusiya.


İfa: Şövkət Ələkbərova, Azər Zeynalov
Musiqi: Tofiq Quliyev
Sözlər: 

"Bəxtiyar" k/f-dən
1955

Комментариев нет:

Отправить комментарий