воскресенье, 6 апреля 2014 г.

Dinə bilmədim

İlk dəfə sahildə,
Gördüm onu mən
Gizli bir üşütmə
Keçdi qəlbimdən.
İlk dəfə sahildə,
Gördüm onu mən
Gizli bir üşütmə
Keçdi qəlbimdən.

Tutmuşdu üzünü 
Mavi Xəzərə.
O dənizə baxdı,
Mən o gözələ.

Dinmək istədim,
Dinə bilmədim,
Dinə bilmədim.
Nə edim? Bİlmədim.
Dinmək istədim,
Dinə bilmədim,
Dinə bilmədim.
Nə edim? Bİlmədim.

Dolandı bahar, yay
Dolandi payız,
Fikrimdən silinib
Getmədi o qız.
Dolandı bahar, yay
Dolandi payız,
Fikrimdən silinib
Getmədi o qız.

Aradım mən onu 
Bağda, bağçada,
Hüsnünü hər zaman
Salaraq yada.

Gəzib-dolandım,
Görə bilmədim,
Görə bilmədim.
Nə edim? Bİlmədim.
Gəzib-dolandım,
Görə bilmədim,
Görə bilmədim.
Nə edim? Bİlmədim.

Mən toya çağrıldım
Bir axşam çağı.
Bəzənib gülürdü
Gonaq otağı.
Mən toya çağrıldım
Bir axşam çağı.
Bəzənib gülürdü
Gonaq otağı.

Görüncə tanıdım
Mən o gözəli.
Ağ libas geyinib,
o gözəl pəri.

Hamı dinsədə,
Dinə bilmədim,
Dinə bilmədim.
Nə edim? Bİlmədim.
Hamı dinsədə,
Dinə bilmədim,
Dinə bilmədim.
Nə edim? Bİlmədim.



İfa: Gülağa Məmmədov
Musiqi: Ələkbər Tağıyev
Sözlər: Hüseyn Arif


Gülağa

Mənsum








Комментариев нет:

Отправить комментарий