четверг, 10 апреля 2014 г.

Sevgili canan

Hüsnün gözəl ayətləri, ey sevgili canan,
Olmuş bütün aləmdə sənin şəninə şayan.
Gəl, eylə nəvaziş,
Gəl, eylə nəvaziş,
Mənə ver busə ləbindən,
Çünki gözəlin busəsidir aşiqə ehsan,
Çünki... gözəlin busəsidir aşiqə ehsan.

Sordum ki: «Könül, hardadır?» Aldım bu cavabı:
«Heç sorma, tapılmaz onu axtarsada insan».

Rəhm eylə, dedim gəl...
Rəhm eylə, dedim, sel kimi göz yaşımı tökdüm.
Gəl, qanım ilə oynama, ey afəti-dövran.
İnsafın əgər var...
İnsafın əgər var isə söylə, bu Nizami
Sənlə necə rəftar eyləsin, ey məhitaban.

Sənlə... necə rəftar eyləsin, sevgili canan.
Gəl... sevgili canan.


İfa: Bülbül, Müslim Maqomayev
Musiqi: Üzeyir Hacıbəyli
Sözlər: Nizami Gəncəvi


Bülbül

Müslim Maqomayev


Комментариев нет:

Отправить комментарий