воскресенье, 6 апреля 2014 г.

Mən səni araram

Hər gecə səni mən səslədim, 
Yolunu sübhədək gözlədim. 
Eşq odu məni, yar, yandırar, 
Rəhm elə, yamandır intizar... 
Eşq odu məni, yar, yandırar, 
Rəhm elə, yamandır intizar... 

Göz yaşım sel olar, ah sənsiz... 
Bülbüləm neyləyim, çəmənsiz?
Bəs hanı, hanı yar, o sevda? 
Gör nələr, nələr var başımda... 
Bəs hanı, hanı yar, o sevda? 
Gör nələr, nələr var başımda... 

Bir günəş nuru var üzündə, 
Gözlərin hər zaman gözümdə. 
Mən səni araram, anaram,
Gül-çiçək sanaram, sanaram.
Mən səni araram, yar, anaram,
Gül-çiçək sanaram, sanaram.



İfa: Gülağa Məmmədov, Sevda Ələkpərzadə
Musiqi: Fikrət Əmirov
Sözlər: Tələt Əyyubov

Gülağa

Sevda


1 комментарий: