суббота, 5 апреля 2014 г.

Qubalı Qız

Şahdağından əsən külək saçlarını darasın,
Səni sevən Qudyalçayın sahilində arasın.
Dilin ana torpağının meyvəsindən şirindir,
Məhəbbətin ürəyimdə dəryalardan dərindir.

Nəqərat:
Həyatımın çiçəyisən, qubalı qız, qubalı,
Göyçəklərin göyçəyisən, qubalı qız, qubalı.

Vətənimin bəzəyisən, qubalı qız, qubalı.
Nəfəsindən duyuram mən çiçəklərin ətrini,
Bu dünyada mənim kimi bilən hanı qədrini?!
Şöhrətini ulduzlara, aya, günə yazmışam,
Surətini ürəyimin divarından asmışam.
Nəqərat
Həyatımın çiçəyisən, qubalı qız, qubalı,
Göyçəklərin göyçəyisən, qubalı qız, qubalı.
Həyatımın çiçəyisən, qubalı qız, qubalı,
Vətənimin bəzəyisən, qubalı qız, qubalı.
Xəzan bilməz ömrümüzün bu mənalı çağında
Gül, həmişə bahar gülsün ömrümüzün bağında.
Qoy səslənsin gecə-gündüz mənim ürək tellərim,
Ağ göyərçin əllərindən ayrılmasın əllərim.
Nəqərat
Həyatımın çiçəyisən, qubalı qız, qubalı,
Göyçəklərin göyçəyisən, qubalı qız, qubalı.
Həyatımın çiçəyisən, qubalı qız, qubalı,
Vətənimin bəzəyisən, qubalı qız, qubalı.

İfa:  Gülağa Məmmədov
Musiqi:  İbrahim Topçubaşov
Sözlər: Süleyman Rüstəm

Комментариев нет:

Отправить комментарий