суббота, 5 апреля 2014 г.

Gözləyəcəyəm

Gedirsən, get, get, əzizim, sənin yollarına min uğur.
Son qərarın getmək oldu, sənə necə deyim: "Getmə, dur"?
Gedirsən sən, məni qoyub yalqız, qoyub bir bənövşə tək.
Gedirsən sən, həsrətindən bil ki, saçıma dən düşəcək.
İndi hicran zamanı, nə söyləyim sənə mən?
Gözlərim yollarına dikiləcək bugündən.
Səni gözləyəcəyəm, gəlsən də, gəlməsən də.
Əgər sən xoşbəxt olsan, bil ki, xoşbəxtəm mən də.
Əgər sən xoşbəxt olsan, bil ki, xoşbəxtəm mən də.
Gedirsən, get, həsrətindən alır məni kədər, qüssə, qəm.
Gedirsən sən, ayrılığa sənsiz necə mən dözəcəyəm?
Başımı mən söykəyərək sənin sürətinin köksünə
Dərdimi mən söyləyəcəm sənin xəyalının əksinə.
İndi hicran zamanı, nə söyləyim sənə mən?
Gözlərim yollarına dikiləcək bugündən.
Səni gözləyəcəyəm, gəlsən də, gəlməsən də.
Əgər sən xoşbəxt olsan, bil ki, xoşbəxtəm mən də.
Əgər sən xoşbəxt olsan, bil ki, xoşbəxtəm mən də.


İfa: Nisə Qasəmova, Nazim Pişyari
Musiqi: Ələkbər Tağıyev
Sözlər: Validə Hüseynova

Комментариев нет:

Отправить комментарий