четверг, 10 апреля 2014 г.

Gözəl Quba

                 I
Bir yanın Şahdağın, bir yanın Xəzər,
Meyvəli bağların ormana bənzər.
Bir yanın Şahdağın, bir yanın Xəzər,
Meyvəli bağların ormana bənzər.
Səhər şəfəqlərin hüsnünü bəzər.
Səhər şəfəqlərin hüsnünü bəzər.

Nə qədər gözəlsən, gözəl, ay Quba.
Nə qədər gözəlsən, gözəl, ay Quba.

                 II
Əyir budaqları bağların barı,
Rəng-rəng almaların al, qızıl, sarı,
Əyir budaqları bağların barı,
Rəng-rəng almaların al, qızıl, sarı,
Bahara bənzəyir payız ayları.
Bahara bənzəyir payız ayları.

Nə qədər gözəlsən, gözəl, ay Quba.
Nə qədər gözəlsən, gözəl, ay Quba.

                 IIl
Dillər əzbərisən, ellər şöhrəti,
Qoynunda görürəm min bir neməti.
Dillər əzbərisən, ellər şöhrəti,
Qoynunda görürəm min bir neməti.
Səni yetişdirib elin zəhməti,
Səni yetişdirib elin zəhməti.

Sən belə deyildin əzəl, ay Quba,
Nə qədər gözəlsən, gözəl, ay Quba.

                 IV
Arxanda yananda işıqlar axşam,
Kəndlərdən görünür başqa ehtişam.
Arxanda yananda işıqlar axşam,
Kəndlərdən görünür başqa ehtişam.
Sənin cəlalına heyran olmuşam,
Sənin cəlalına heyran olmuşam.

Sən belə deyildin əzəl, ay Quba,
Nə qədər gözəlsən, gözəl, ay Quba.

Sənin cəlalına heyran olmuşam.
Sən belə deyildin əzəl, ay Quba,
Nə qədər gözəlsən, gözəl, ay Quba.


Ifa: Gülağa Məmmədov
Musiqi: Səid Rüstəmov
Sözlər: Mirmehdi Seyidzadə

 "Azərbaycan elləri" t/f-dən
1976

Gülağa


Комментариев нет:

Отправить комментарий