вторник, 15 апреля 2014 г.

Fizuli Kantatası

Məni candan usandırdı, cəfadan yar usanmazmı, usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
Muradım şəmi yanmazmı?

Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan.
Neçin qılmaz mənə dərman, məni bimari sanmazmı?

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən.
Desəm, ol bivəfa bil mən, inanarmı, inanmazmı?
İnanarmı, inanmazmı?

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

Güli-rüsxarinə qarşı gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?
Axar sular bulanmazmı?

Degildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görcək utanmazmı?

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?
Bu sevdadan usanmazmı?

İfa: Şövkət Ələkbərova, Rəşid Behbudov
Musiqi: Cahangir Cahangirov
Sözlər: Məhəmməd Fizuli


Ş. Ələkpərova


Комментариев нет:

Отправить комментарий