вторник, 29 апреля 2014 г.

Getmə, getmə, gəl

Gözlərin aldı məni,
Kəməndə saldı məni,
Getmə, getmə, gəl, gözəl yar!
Getmə, getmə, gəl.

Amandır qoymayın,
Yar gözdən saldı məni.
Getmə, getmə, gəl, gözəl yar!
Getmə, getmə, gəl.

Qurbanam xan gözünə, nazla baxan gözünə yar.
Qurbanam xan gözünə, nazla baxan gözünə yar.
Yenə sürmə çəkmisən, evləryıxan gözünə, yar.
Getmə, getmə, gəl.

Elə bil qəsd elədi, 
Gözləri məst elədi,
Getmə, getmə, gəl, gözəl yar!
Getmə, getmə, gəl.

Yar məni incitməklə,
Bilmirəm qəsd elədi,
Getmə, getmə, gəl, gözəl yar!
Getmə, getmə, gəl.

Qurbanam xan gözünə, nazla baxan gözünə yar.
Qurbanam xan gözünə, nazla baxan gözünə yar.
Yenə sürmə çəkmisən, evləryıxan gözünə, yar.
Getmə, getmə, gəl.

Sənin ala gözlərin,
Canım alan gözlərin,
Getmə, getmə, gəl, gözəl yar!
Getmə, getmə, gəl.

Qorxuram birdən öləm
Yada qala gözlərin.
Getmə, getmə, gəl, gözəl yar!
Getmə, getmə, gəl.

Qurbanam xan gözünə, nazla baxan gözünə yar.
Qurbanam xan gözünə, nazla baxan gözünə yar.
Yenə sürmə çəkmisən, evləryıxan gözünə, yar.
Getmə, getmə, gəl.


İfa: Rübabə Muradova

Xalq mahnısı







Комментариев нет:

Отправить комментарий