суббота, 5 апреля 2014 г.

Sənsiz

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!
Sənin o cəlb eləyən vəslinə and içdim, inan,
Sənin o cəlb eləyən vəslinə and içdim, inan,
Hicrinə yandı könül, yox daha taqət sənsiz!
Hicrinə yandı könül, yox daha taqət sənsiz!

Özgə bir yarı necə axtarım, ey nazlı sənəm,
Bilirəm, sən də dedin: “Yox yarə hacət sənsiz!”
Bilirəm, sən də dedin: “Yox yarə hacət sənsiz!”
Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,
Sən əzizsən mən üçün, mən heçəm, afət, sənsiz!
Sən əzizsən mən üçün, mən heçəm, afət, sənsiz!
(Nə gözüm var – arayım mən səni, bəxtim də ki yox,
Nə də bir qaçmağa var məndə cəsarət, sənsiz!)

Sən Nizamidən əgər arxayın olsan da, gülüm,
Gecə-gündüz arayıb, olmadı rahət sənsiz!
Gecə-gündüz arayıb, olmadı rahət sənsiz!
Yarım sənsiz, canım sənsiz.
Ahh, yarım sənsiz,
Ahh, canım sənsiz,
Ahh, gülüm sənsiz.
Sənsiz!

İfa: Bülbül, Müslim Maqomayev
Musiqi: Üzeyir Hacıbəyli
Sözlər: Nizami Gəncəvi (tərcümə - Cəfər Xəndan)

Bülbül
Müslim



Комментариев нет:

Отправить комментарий