суббота, 5 апреля 2014 г.

Kor Ərəbin Mahnısı

Nə eşq olaydı, nə aşıq,
nə nazlı afət olaydı!
Nə xəlq olaydı, nə xaliq,
nə eşqi-həsrət olaydı!
Nə dərd olaydı, nə dərman,
nə sur olaydı, nə matəm!
Nə aşiyaneyi-vüslət,
nə bari-firqət olaydı!
Könüldə nuri-məhəbbət,
gözümdə pərdeyi-zülmət!
Nə nur olaydı, nə zülmət,
nə böylə xilqət olaydı!
Tükəndi taqətü-səbrim,
Ədalət! Ah, ədalət!
Tükəndi taqətü-səbrim,
Ədalət! Ah, ədalət!
Nə öncə öylə səadət,
nə böylə zillət olaydı!

İfa: Məmmədəli Əliyev, Rəşid Behbudov
Musiqi: Fikrət Əmirov
Sözlər: Hüseyn Cavid

"Şeyx Sənan" tamaşasından


Məmmədəli

Rəşid

Eyyub




Комментариев нет:

Отправить комментарий